Azərbaycan millisi İngiltərə, Belçika, İslandiya və Norveçlə mübarizə aparacaq

3 Fevral 2011 17:25 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2013-cü ildə İsraildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin bu gün İsveçrənin Nyon şəhərində püşkatma mərasimi təşkil olunub. Siasport.az saytı xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət yığmamız 8-ci qrupda İngiltərə, Belçika, İslandiya və Norveç komandaları ilə mübarizə aparacaq.