Azərbaycan cüdoçuları Qran Pri turnirinə yollanacaqlar

3 Fevral 2011 13:32 (UTC+04:00)

19-20 fevral tarixlərində Almaniyanın Dusseldorf şəhərində cüdo üzrə "Qran Pri" turniri keçiriləcək. JudoOnlinedən Siasport.az saytına verilən məlıumata görə, iki gün davam edecək yarışıda milli yığma komandanın baş məşqçisi Ağayar Axundzadə və məşqçi İbadulla Şahbanovun rəhbərliyi altında ölkəmizin idman şərəfini ümumilikdə 9 cüdoçu - İlqar Müşkiyev (-60 kq), Tərlan Kərimov ( -66 kq ), Renat Mirzəliyev (-73 kq ) Elnur Məmmədli (-81 kq), Ramin Qurbanov ( -90 kq), Elmar Qasımov (-100 kq) ,Emil Tahirov (+100kq), Kifayət Qasımova (-57 kq) və Ramilə Yusubova (-63 kq) qoruyacaq.

Qeyd edək ki, "Qran Pri" turniri 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.