"Şuşa" yoxlama oyununda qalib gəldi

3 Fevral 2011 09:38 (UTC+04:00)

Futbol üzrə Azərbaycan I Divizionunun II dövrəsinə hazırlığını davam etdirən "Şuşa" komandası Sumqayıt şəhərinin eyniadlı təmsilçisi ilə yoxlama oyununda qüvvəsini sınayıb. Siasport.az saytı xəbər verir ki, ilk hissəsi qolsuz heç-heçə ilə başa çatan qarşılaşmanın ikinci hissəsində "Şuşa" komandası qələbə qolunu vura bilib. Nəriman Əzimov 68-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək yoldaşlıq oyununda komandasına qələbə qazandırıb.