Abşeron FK son yoxlama oyununu heç-heçə ilə bitirdi

3 Fevral 2011 09:24 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Abşeron FK son yoxlama oyununu Rumıniyanın "Vointa Sibiu" komandası ilə keçirəcəkdi. Siasport.az saytı xəbər verir ki, proqramda edilən dəyişikliklə əlaqədar komandanın rəqibi Rusiyanın I Divizion komandası "Salyut" (Belqorod) oldu. Qarşılaşma heç-heçə ilə başa çatdı-0:0.

Beləliklə, Abşeron FK qış təlim-məşq toplanışı çərçivəsində Antalyada keçirdiyi 7 yoxlama oyununu 2 qələbə, 2 məğlubiyyət və 3 heç-heçə olmaqla tamamladı: "Wupertal"-4:2, "Akzhayik"-1:0, "Wit Georgia"-1:2, "Yonsei"-0:2, "Victoria"-0:0, "Zenit"-2:2, "Salyut"-0:0.