Antalyada təlim-məşq toplantısını yekunlaşdırmaqda olan \"Bakı\" futbol klubunun sayca beşinci yoldaşlıq oyununa hazırlaşdığını və Almaniya Oberliqa təmsilçisi \"Ştutqart Kikkers\" klubu ilə qarşılacağını bildirmişdik. Siasport.az saytı xəbər verir ki, son anda açıqlanan məlumatlara əsasən, sparrinq partnyorun dəyişdiyi bildirilir. Belə ki, son yoxlama oyununda \"Bakı\"nın rəqibi \"Ştutqart Kikkers\" deyil, Oberliqanın digər bir təmsilçisi \"FSV Martinroda\" olacaq.
Oyun \"Susesi\" otelinin meydanında keçiriləcək və saat 11:00-da (Bakı vaxtı ilə saat 13-də) başlanacaq.
Xatırladaq ki, komanda Antalyada 4 yoxlama oyunu keçirib. Qazaxıstanın \"Akjayık\" (3:0), \"Şaxtyor\" Karaqanda (1:1), Ukraynanın \"Metallurq\" Zaporojye (0:0) və Rumıniyanın \"Panduri\" (1:0) klubları ilə qarşılaşan \"Bakı\" 2 oyunda qalib gəlib, 2 oyunu isə heç-heçə başa vurub.