Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində geriləyib

2 Fevral 2011 14:54 (UTC+04:00)
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, ötən ayla müqayisədə 2 pillə geriləyən Azərbaycan milli komandası 344 xalla 99-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq cədvəli martın 9-da açıqlanacaq.