3-4 fevral 2011-ci il tarixdə Ukraynanın Krivoy-Roq şəhərində güləş üzrə yeniyetmələrin açıq Respublika turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, sərbəst güləş üzrə yeniyetmə qızlardan ibarət komandamızın üzvləri 2011-ci il üçün hazırlıqlarını artırmaq məqsədilə turnirdə iştirak edəcək.
Məşqçi Arif Fərmanovun rəhbərliyi altında Sahilə Ələkbərova (38 kq), Arzu Əliyeva (46 kq) və Ramilə Quliyeva (56 kq) turnirdə ölkəmizi təmsil edəcəklər.