“İqtisadçı” bu gün Rumıniya klubu ilə qarşılaşacaq

2 Fevral 2011 12:47 (UTC+04:00)

Bu gün "Çelenc Kuboku"nda mübarizə aparan daha bir komandamız növbəti oyunu keçirəcək. Siasport.az saytı xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində Azərbaycanın "İqtisadçı" klubu ilk görüşündə səfərdə Rumıniyanın "Stiinta" komandası ilə qarşılaşacaq. Oyunu sloveniyalı Ljobomir Globaçik və xorvatiyalı Tajana Kramar Sandl idarə edəcək. Oyun saat 20:00-da başlayacaq.