"Neftçi" "Çelik Zenitsa"nı məğlub etdi

2 Fevral 2011 10:10 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Antalyada təlim-məşq toplanışında olan "Neftçi" futbol klubu ikinci hazırlıq dövründə üçüncü yoldaşlıq görüşünü keçirib. Siasport.az saytı xəbər verir ki, əvvəlki qarşılaşmalarda Ukraynanın "Arsenal" klubunu 2:1 və Avstriyanın "Şturm" komandasını 2:0 hesabı ilə məğlubiyyətə uğradan flaqmanın futbolçuları bu dəfə Bosniya Hersoqovinanın "Çelik Zenitsa" klubu üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Görüşü "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov da izləyib.