Abşeronda quru ot sahəsi yanıb

9 İyun 2016 09:24 (UTC+04:00)

Mehdiabadda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Mehdiabad qəsəbəsində qəsəbə bələdiyyəsinə məxsus ərazidə 5 ha sahədə quru ot və məişət tullantıları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.