Dünya bazarında neftin qiyməti bahalaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar artaraq 51,51 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,17 dollar artaraq 52,68 dollar olub.
Azərbaycan neftinin də qiymətində bahalaşma müşahidə olunub. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 51.48 dollar təşkil edib.