“Lokomotiv” “Apollon”u darmadağın etdi

1 Fevral 2011 23:02 (UTC+04:00)

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət "Lokomotiv" klubu "Çelenc Cup" turnirinin 1/8 final mərhələsində ilk oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, komandamız Kiprin "Apollon" klubu ilə qarşılaşıb. "Dəmiryolçular"ın bu mərhələdə ilk görüşləri "Sərhədçi" Olimpiya Mərkəzində baş tutub. Oyunu latviyalı Salvis Kurtiss və estoniyalı Margus Kapp idarə edib. Matçda "Lokomotiv" rəqibini darmadağın edib. Komandamız hər 3 seti öz xeyrinə başa vurub-3:0 (25:19, 25:15, 25:18).

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftə sonra baş tutacaq.