Bakıda NATO ekspert qrupunun işçi görüşü keçirilib

8 İyun 2016 23:05 (UTC+04:00)

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Nortvud Dəniz Komandanlığının ekspert qrupu ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri arasında "Dənizdə təqib etmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələri" mövzusunda işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Hərbi Dəniz Qüvvələrinin bazasında təşkil olunan görüşdə dənizdə təqib etmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələrinin hazırlıq prosesində Azərbaycan Hərbi Dəniz Qüvvələrində və NATO-da tətbiq olunan standartlar, tapşırıqlar və fəaliyyətlər mövzusunda fikir mübadiləsi aparılır.