“İnter”in əvəzediciləri “Şuşa” ilə sülh bağladılar

1 Fevral 2011 15:56 (UTC+04:00)
Bakının "İnter" klubunun əvəzedici heyəti yoxlama oyununda qüvvəsini sınayıb. Siasport.az saytı xəbər verir ki, klub "Şuşa" komandası ilə qarşılaşıb. Oyun "Şəfa" stadionunda baş tutub. Oyunda komandalar hərəyə 2 dəfə fərqlənə biliblər və matç heç-heçə başa çatıb - 2:2.