Bilyard nədir?
1 Fevral 2011 15:36 (UTC+04:00)
Bilyard bir idman növüdür. Son illərdə idman növləri arasında əhəmiyyətli bir yer tutmağa başlayıb. Hazırda Avropanın ən çox maraqlanılan 5 idmanı arasındadır. Bilyard oynamaq üçün lazım olan alətlər bilyard masası, kiy, bilyard topları, tabaşir (kiyin topa daha ölçülü vurmasını və gərəksiz yerə sürüşməməsini təmin edir, xüsusilə səhvli vuruşlarda çox işə yarayır), körpüdür (kiyə görə çətin uzanılan toplara çatmağı təmin edir).
Bilyardda bucaq və sürəti nizamlamaq iki təməl qaydadır. Bilyard bağlı bir sahədə oynanılır. Bu idman növü ən başda cibli (dəlikli) bilyard və cibsiz (dəliksiz) bilyard olaraq iki təməl qrupa ayrılır. Cibli bilyarda nümunə olaraq bilinən 8-Top (Amerikan) bilyardı və Snookerdir. Cibsiz bilyardsa, 3-Top (3-Bant) bilyard olaraq bilinir. Təbii ki, bunların bu günə qədər çata bilməyən növləri də vardır.