Elxan Məmmədov FİFA-nın iclasında iştirak edəcək

1 Fevral 2011 15:21 (UTC+04:00)
Bu gün İsveçrənin Sürix şəhərində 17 və 20 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatları üzrə FİFA Təşkilat Komitəsinin iclası keçiriləcək. Siasport.az saytı xəbər veir ki, 2012-ci ildə ölkəmizdə keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının yerli təşkilat komitəsinin sədri, qeyd olunan çempionat üzrə FİFA Təşkilat Komitəsinin üzvü, AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edəcək və respublikamızda təşkil olunacaq çempionata hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verəcək.