Bu gün Azərbaycan təmsilçisi, qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Ukraynanın "Ximik" komandası ilə qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, komandamızın "Çelenc Cup" turnirinin 1/8 final mərhələsi çərçivəsində baş tutacağı ilk görüşü səfərdə keçiriləcək. Oyunu bolqarıstanlı Ognian Tankişev və polşalı Agnieszka Miçlik idarə edəcək. Matç saat 20:00-da başlayacaq.
Xatlırladaq ki, "Azərreyl" "Çelenc Cup"da hələ ki, məğlub olmayıb.