"Qara qızıl"ın qiymətlərində bahalaşma müşahidə olunur. "Bloomberg"in verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti qalxıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti bahalaşaraq 51.44 dollarda qərarlaşıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 50.41 dollar olub. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 50,72 dollar təşkil edib.