“Çelsi” İngiltərə Kubokunda da büdrəyir...

31 Yanvar 2011 15:30 (UTC+04:00)

İngiltərə Premyer Ligasında o qədər də xoşa gəlməyən oyun sərgiləyən "Çelsi", deyəsən bu nəticəni İngiltərə Kubokunda da təkrarlamaq ərəfəsindədir. Siasport.az idman saytı xəbər verir ki, Kubok oyunları çərçivəsində "Everton"un qonağı olan "zadəganlar", göstərdikləri xoşagəlməz oyunla həm tərəfdarlarını, həm də klubun prezidenti Roman Abromoviçi üzüblər.Artıq İngiltərədə bir çoxları da "Çelsi"nin bu mövsümü mükafatla başa vuracağına şübhə ilə yanaşırlar. "Çelsi"nin "Everton"la qarşılaşmada göstərdiyi oyun, onun kubok macərasının da çempionat oyunlarının vəziyyətinə düşəcəyini açıq-aydın ortaya qoydu. Oyunun 62-ci dəqiqəsində Sahanın vurduğu qolla 1:0 hesabı ilə önə keçən "Everton"a "Çelsi"nin cavabı qarşılaşmanın 75-ci dəqiqəsində gəldi.Kalu mükəmməl zərbə ilə hesabı bərabərləşdirə bildi. Qalan dəqiqələrdə qol səsi çıxmayınca, "Çelsi" kubok duelindən uğurla çıxmaq üçün şansını növbəti oyunda sınayacaq.