Bu avtobus öz-özünə enerji yığır

7 İyun 2016 00:19 (UTC+04:00)

Yaponiyanın "Toshiba" şirkəti yeni nəsil elektrik avtobusları üzərində işləyir. Həmin avtobuslar üçün xüsusi sürətli simsiz enerji doldurma sistemi hazırlanıb. Yeni simsiz enerjidoldurma ənənəvi elektromaqnit induksiyasını əvəz edəcək. Avtobusun korpusunda qurulmuş innovativ maqnit rezonansı sistemi onun yerini tutacaq. Akkumulyatorun enerji ilə tam doldurulması 15 dəqiqə çəkir.

"Toshiba" şirkəti belə elektrik avtobuslarının müasir ictimai nəqliyyatı əvəz edəcəyi vaxt haqda dəqiq məlumat açıqlamayıb. Dayanacaqların simsiz enerjidoldurma sistemləri ilə təchizatına xeyli vaxt gərəkdir.

Artıq elektrik avtobusunun sınaqlarına başlanılıb. Avtobus Tokio aeroportundan "Toshiba" şirkətinin zavoduna qədər olan məsafəni qət edəcək. Sınaqlar 2016-cı ilin dekabrınadək davam edəcək.