Taekvondo üzrə olimpiya seçmə komandamız
Seula təlim-məşqə yollanıb. Siasport.az saytı xəbər verir ki, Cənubi Koreyanın
paytaxtında ənənəvi hazırlıqlarda 5 nəfəri kişi, 6-sı isə qadın olmaqla 11
idmançımız iştirak edir.
Samir Aydınov (-58 kq), Fariz
Əliyev (-63 kq), Elvin Məmmədov (-68 kq), Ramin Əzizov (-80 kq) və Aydın
Bəhməlovdan (+87 kq), həmçinin Xəyalə Quliyeva (-46 kq), Türkanə Tahirli (-49
kq), Nigar Hacıyeva (-53 kq), Səbinə Mikayılova (-57 kq), Günay Ağakişiyeva (-57 kq) və Yelena Abbasovadan (-67
kq) ibarət heyətə yerli legionerlər Kim Kvanqseokla (-68 kq, kişilər) Kim
Vonkyuq (-67 kq, qadınlar) da qatılıb. Taekvondoçularımız olimpiya seçmə
komandasının məşqçiləri Con Conqbay və Park Sunminın rəhbərliyi altında dörd
həftəlik təlim-məşq keçəcəklər. Ayın 17-də Seula yola düşən idmançılarımız
fevralın 27-də Bakıya dönəcəklər. Legioner idmançılar həm də məşqçi Park
Sunminin rəhəbərliyilə 5-6 fevralda "Trelleborq Open"də iştirak edəcəklər.
Qeyd edək ki, bu heyət fevralın
17-dən 27-dək Texas ştatının Austin şəhərində nüfuzlu yarışlardan olan
Amerikanın açıq çempionatında (US OPEN) iştirak edəcək. Taekvondoçularımız
həmin yarışdan Cənubi Koreyaya, beş gün sonra isə Bakıya qayıdacaqlar.