Türkiyənin "Qalatasaray" futbol klubunun zədəli futbolçuları artıq sağalaraq heyətə qayıdırlar ki, bu da komanda rəhbərliyini və məşqçilər korpusunu sevindirməyə bilməz. Siasport.az idman saytı xəbər verir ki, İstanbul klubunun çexiyalı ulduzu Milan Baroş da artıq yaşıl meydanlara dönmək üzrədir. "Qalatasaray"ın əsas qol silahı kimi göstərilən "Liverpul"un keçmiş forvardı dünən komandasının təlim-məşq toplantısında iştirak edib.Verilən məlumata əsasən M.Baroş da qarşıdakı "Bursaspor" oyununda meydana çıxmaq istəyir və bununla bağlı baş məşqçi Georgi Hagiyə bu barədə istəyini çatdırıb. Onu meydana buraxmaqda tərəddüd edən rumuniyalı məşqçi isə, bunun daha çox "Bursaspor"la keçirilən qarşılaşmanın ikinci hissəsində mümkün olacağını deyib. M.Baroş, bu mövsüm "Qalatasaray"ın heyətində Türkiyə Superligasında 8 qarşılaşmada meydana çıxaraq 6 qol vurub.