Beynəlxalq alimlər qrupu xərçəngə qarşı universal vaksinanı hazırlamaq üzrədirlər. Rlm adamları preparatın bütün növ şiş xəstəliklərində effektiv olacağını bildiriblər.
"Biz ilk dəfə olaraq nanohissəciklərin istifadəsi ilə venadaxili vaksina hazırlaya bildik", - deyə elmi qrupun rəhbəri, İohan Qutenberq adına Maynsk Universitetinin Onkoloji Xəstəliklərin Öyrənilməsi İnstitutunun direktoru Uğur Şahin deyib.
Alim bildirib ki, vaksin terapevtik xüsusiyyət dəşıyır, yəni xərçəngin qarşısını almır, ancaq onun müalicəsində istifadə olunmaq üçün nəzərdə tutulub. Qrup rəhbərinin sözlərini görə, vaksin artıq siçanlar və bir neçə xəstə insan üzərində testdən keçib: "Ancaq son nəticə bir ildən sonra məlum olacaq".
Vaksinin 5 ildən sonra kütləvi istifadəyə veriləcəyi düşünülür.