U-21 qələbə qazanıb

1 İyun 2016 08:54 (UTC+04:00)

Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, yığmamız Sloveniyanın U-21 komandası ilə qarşılaşıb. Görüş Mahir Mədətov və Elşən Abdullayevin vurduğu qollar sayəsində 2:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb.