"Google Photos"da 24 milyard selfi saxlanılır

31 May 2016 23:15 (UTC+04:00)

"Google" korporasiyasının analitikləri "Google Photos" xidmətinin analiz etdikdən sonra belə bir nəticəyə gəliblər. Adıçəkilən xidmət cəmi bir ildir fəaliyyət göstərir və bu qısa müddətdə müasir cihazların istifadəçiləri arasında olduqca böyük populyarlıq qazana bilib. Bu yeni xidmət öz istifadəçilərinə istədikləri qədər və sayda, özü də təmənnasız olaraq şəxsi şəkillərini saxlamağı məsləhət görür.

"Google Photos" xidməti şəklə uyğun olaraq onun çəkildiyi ölkəni müəyyən etməyə qadirdir, şəkli mövzulara uyğun ayırır, oradakı obyektləri tanıyır, həmçinin kollaj və video çarxlar yaradır.

Mütəxəssislər qeyd edib ki, xidmətin bir çox istifadəçiləri öz kompüter və noutbuklarından şəkillərini siliblər və onların saxlanılmasından heç də narahat deyillər.