İngiltərə Premyer Liqasında mübarizə aparan "West Hem Yunayted" klubu öz heyətini yeni bir futbolçu transfer etməklə gücləndirib. Siasport.az saytı xəbər verir ki, İngiltərə klubu Almaniyanın "Hoffenham" klubunda oynayan seneqallı futbolçu Demba Bayı mövsümün sonuna qədər öz heyətinə cəlb edib.
İngiltərə Premyer Liqasında son sıralarda qərarlaşan İngiltərə klubu əvvəlcə "Stok Siti"nin də heyətinə qatmaq istədiyi, daha sonra müxtəlif səbəblərdən bu transferdən vaz keçdiyi 25 yaşlı seneqallı D.Bayı transfer etməklə İngiltərə çempionatındakı acınacaqlı durumunu yaxşılaşdırmaq istəyir.
Xatırladaq ki, Senegal Milli Komandasının heyətində 9 dəfə meydana çıxan D.Bay meydanda olduğu müddətdə 2 qol vurub.