ABŞ-ın Berkli Universitetinin tədqiqatçıları insanın fikir və sözlərini izah etməyə imkan verən yeni texnologiya hazırlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədqiqat beyin fəaliyyətinin təhlilinə əsaslanır.
Alimlər apardıqları araşdırma zamanı beynin tələffüz və qavrama zamanı fəaliyyətini öyrəniblər. Bir neçə il müddətinə edilən sınaqlar nəticəsində yeni texnologiya insanın beynində gizli saxladığı fikri deməyi bacarıb.
Unikal hazırlanan texnologiya həm də dili qüsurlu olan insanların fikrini ifadə etməsinə də kömək edəcək.