Antalya toplanışı çərçivəsində Xəzər lənkəran" klubu "Papillon" idman mərkəzinin stadionunda Ukraynanin Premyer Liqa təmsilçisi "Krivbass"la görüşüb. Siasport.az saytı xəbər verir ki, oyun boyu rəqibindən üstün oyun sərgiləyən və rəqibini topsuz qoymağı bacaran "Xəzər Lənkəran" matçın 11-ci dəqiqəsində hesabı açıb. Ibrahim Banqura-Stelian Stanku-Alim Qurbanov kombinasiyasını yeni futbolçu Andrey Mureşan dəqiq zərbə ilə tamamlayıb -1:0. Matçın sonrakı dəqiqələrində də üstün oyun göstərən "Xəzər Lənkəran" qapısını da toxunulmaz saxlamağa bacarıb.
Xatırladaq ki, Kamran Ağayevin zədəli olması səbəbindən ilk yarıda qapını gənc qolkiper Orxan Sadıqlı qoruyubsa, ikinci yarıda düşərgəyə yeni qoşulan braziliyali qapıçı Munaretto Dalton çərçivədə durub.
Baş məşqçi Mirça Rednik heyətdə olan futbolçuların demək olar hamısına əvəzetmələrlə şans verib.
Bu gün komanda daha bir Ukrayna təmsilçisi "Zarya" ilə üz-üzə gələcək.