Ağdam rayonuna güclü dolu yağıb

23 May 2016 23:52 (UTC+04:00)

Mayın 23-də axşamüstü Ağdam rayonuna yağan güclü dolu Qaradağlı, Əfətli, Zəngişalı, Çəmənli, Qərvənd inzibati ərazi dairələrinin kəndlərində bir sıra fəsadlar törədib. Rayon fövqəladə hallar komissiyasının sədri Zülfü Qasımov bildirib ki, dolu düşən ərazilərdə taxıl zəmilərinə, kartof və tərəvəz əkinlərinə, həmçinin meyvə ağaclarına xeyli ziyan dəyib.

Rayon fövqəladə hallar komissiyasında təsərrüfatlara dəyən ziyan müəyyənləşdirilir.