\"Türk Telekom Arena\"nın tikintisinə Azərbaycandan dəstək

17 Yanvar 2011 16:21 (UTC+04:00)
Ali Sami Yen\" İdman Kompleksi \"Türk Telekom Arena\"nın tikintisinə Azərbaycandan da dəstək olub. Siasport.az saytı xəbər verir ki, yanvarın 15-də keçirilən \"Qalatasaray\" - \"Ayaks\" oyunu ilə fəaliyyətə başlayan stadionun tikintisinə bir həmyerlimiz yardım edib.
Məlumata görə, 52,695 azarkeş tutumu olan stadionun tikintisinə maliyyə yardımı edən azərbaycanlı kifayət qədər tanınmış və imkanlı şəxsdi. Onun yüksək vəzifə tutuduğu və \"Qalatasaray\" azarkeşi olduğu deyilsə də, adı açıqlanmır. //fanat.az