Yasin Hima "Neftçi"də hazırlıqlara başladı
17 Yanvar 2011 16:09 (UTC+04:00)
Türkiyənin Antalya şəhərində olan "Neftçi" hazırlığını gündə iki dəfə olmaqla davam etdirir. Siasport.az saytı xəbər verir ki, komanda üzvləri səhər saatlarında "Titanik" otelinin meydançasında məşq keçiblər. Flaqmanın heyətində baxışda olan futbolçu Yasin Hima da hazırlıqda iştirak edib. "Neftçi"nin növbəti məşqi axşam saatlarında baş tutacaq.