Birinci Divizionda mübarizə aparan "
"Şuşa"nın yeni transfer etdiyi Hasan Özkan oyunda xüsusi əzimkarlıq göstərib. Matçda vurulan 4 qoldan ikisinə məhz H.Özkan imza atıb. Futbolçunun oyunu həm baş məşqçi, həm də klub rəhbərləri tərəfindən bəyənilib.
Qeyd edək ki, H.Özkan 1986-cı ildə anadan olub. O, "Qazientep Gaski", "Ceyhanspor", "Şırnakspor", "Aydınspor", Yenimilasspor" klublarında forma geyinib.
H.Özkan "Şuşa" klubunda göstərdiyi oyunu ilə Azərbaycan Premyer Liqa klublarının diqqətini çəkəyini bildirib.