"Neftçi"yə baxışa fransız futbolçu gələcək

17 Yanvar 2011 10:09 (UTC+04:00)
Bu gün "Neftçi"nin heyətinə daha bir futbolçu baxışa gələcək. Siasport.az saytı xəbər verir ki, bu, Əlcəzair əsilli Fransa vətəndaşı Yasin İmadır. 1984-cü il martın 25-də dünyaya gələn İmanın son klubu "Eupen" (Belçika) olub. Bundan da əvvəl İsveçrə çempionatında oynayan futbolçunun bir neçə gün baxışda olandan sonra komandada qalıb-qalmayacağı haqqında məşqçilər korpusu qərar verəcək.