AŞPA Monitorinq Komitəsində Azərbaycanla bağlı məruzə dinləniləcək

23 May 2016 09:32 (UTC+04:00)

Bu gün AŞPA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan üzrə həmməruzəçi Stefan Şennakın cari ilin aprel ayının 5-dən 9-dək ölkəmizə səfərinin yekunları barədə məlumatı dinləniləcək. Demokratik institutların fəaliyyəti ilə bağlı Türkiyə və Makedoniya ilə danışıqlar davam etdiriləcək.

Qeyd edək ki, Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Elxan Süleymanov qurumun Monitorinq Komitəsinin iclasında iştirak edəcək. Deputatımız müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.