Luçesku "Şaxtyor"u kubokla tərk edir

23 May 2016 02:48 (UTC+04:00)

Ukrayna kubokunun qalibinin adına aydınlıq gəlib. Həlledici – final matçında "Zarya" və "Şaxtyor" komandaları üz-üzə gəlib. Qarşılaşma Donetsk təmsilçisinin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Şaxtyor" ardıcıl 3-cü dəfə, tarixi ərzində isə 14-cü dəfə kuboku başı üzərinə qaldırmağı bacarıb.

Yayılan məlumatlara görə, dünən baş tutan matçla Donetsk təmsilçisi sonucu dəfə Mirça Luçeskunun rəhbərliyi altında oynayıb. Təcrübəli rumıniyalı mütəxəssis yaxın günlərdə 12 il çalışdırdığı "Şaxtyor"u tərk edəcək.

Qeyd edək ki, Luçesku "Şaxtyor"u çalışdırdığı dönəmdə 8 dəfə Ukrayna çempionluğunu, 6 dəfə Ukrayna kubokunu, 7 dəfə Ukrayna superkubokunu və 1 dəfə UEFA kubokunu qazanıb.