"Bakı" Antalyada hazırlıqlara start verdi

17 Yanvar 2011 09:13 (UTC+04:00)
Antalyaya gedən və "Susesi" otelində məskunlaşan "Bakı" klubu hazırlıqlara başlayıb. Siasport.az saytı xəbər verir ki, "Susesi" otelinin meydaçasında baş tutan məşqə Jaba, Cefferson, İbrahim Karqbo, Roşa və Xalidu Sissoko xaricində bütün futolçular qatılıblar.

Komandanın baş məşqçisi Aleksandr Starkov hazırlığın ilk günü yüngül məşqlə kifayətlənib.

Komandanın heyətində zədəli və xəstə futbolçular yoxdur. Jaba, Roşa və Ceffersonun Antalyaya bu gün gələcəyi gözlənilir. İcazəli olan İbrahim Karqbo və Xalidu Sissoko düşərgəyə yanvarın 18-də qatılacaqlar.