Pakistanda üç terrorçu-kamikadze özlərini partladıb

21 May 2016 15:47 (UTC+04:00)

Pakistanın Keşavar şəhərində terror aktı törətməyə hazırlaşan azı üç terrorçu-kamikadze özlərini partladıb. Terrorçular Peşavar ətrafında motosikldə gedərkən ehtiyatsızlıq üzündən nəqliyyat vasitəsinin birində partlayış baş verib. Onların üzərində "ölüm kəməri", müxtəlif silahlar və əl qumbarası aşkar edilib.