\"İnter\" \"Birlik Kuboku\"nda ¼ finala vəsiqə qazanıb

16 Yanvar 2011 16:35 (UTC+04:00)

Bu gün \"Birlik Kuboku\"nun II turuna start verilib. Siasport.az saytı xəbər veri ki, Azərbaycan çempionu \"İnter\" Tacikistanın \"İstiqlal\" klubu ilə qarşılaşıb. İlk görüşdə olduğu kimi Tsxadadzenin yetirmələri bu dəfə də rəqib qapısından 3 cavabsız top keçirməklə növbəti darmadağına imza atıblar. Beləliklə, \"İnter\" vaxtından əvvəl ¼ finala vəsiqə qazanıb.

Birlik Kuboku
(qrup mərhələsi) II tur

16 yanvar
A qrupu
\"İnter\" - \"İstiqlal\" 3:0
Qollar: Çervenka, 44, Karlsons, 63, Rəhimov, 80

\"Neftçi\" - \"İskra-Stal\" 0:1