Malayziyada İŞİD terror qruplaşmasına üzv olmaqda şübhəli bilinən 14 nəfər həbs olunub. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu haqda ölkənin hüquq-mühafizə orqanları rəhbərinin müavini Nur Rəşib İbrahim məlumat verib.
Kuala-Lumpurda aparılan anti-terror əməliyyatları nəticəsində 22-49 yaşlarında olan 13 kişi və 1 qadın yaxalanıb. Həbs olunanlardan biri İŞİD-də yüksək vəzifələrdən birində çalışan Məhəmməd Vandinin yaxın qohumudur.
Şübhəlilər döyüşçüləri ölkə başçısına, həmçinin, baş nazir Nəcib Razaqa qarşı hazırlanan hücumun gerçəkləşdirilməsinə cəlb etməyə çalışıblar.