Məxfi Xidmətin əməkdaşı silahlı şəxsi güllələyib

21 May 2016 01:31 (UTC+04:00)

Vaşinqtonda Ağ Ev qarşısında atışma olub. ABŞ Prezidentinin Məxfi Xidmətinin əməkdaşı bina yaxınlığındakı buraxılış məntəqəsində silahlı şəxsi güllələyib.

ABC News-un məlumatına görə, yaralı şəxs xəstəxanaya yerləşdirilib. Prezident Barak Obama həmin vaxt Ağ Evdə olmasa da Co Bayden işdə olub.