İqor Mitreski: "Tarixdə yalnız uğurlar qalır"
15 Yanvar 2011 10:56 (UTC+04:00)
"Bizim hər məşqimiz final oyununa bənzəyir. Hətta məşqimiz sona çatandan sonra bizdən kiminlə oynadığımızı soruşurlar". Siasport.az saytı xəbər veri ki, bu sözləri Türkiyədə hazırlıq keçən "Neftçi"nin makedoniyalı futbolçusu İqor Mitreski deyib. O, bir çox ölkələrdə legioner həyatı yaşadığını, ancaq burada olan istəyi heç yerdə görmədiyini qeyd edib: "Təbii ki, mən də təcrübəli futbolçu kimi komandamızın gənc üzvlərinə lazım olanda kömək edirəm. Onlar da bunu çox gözəl qəbul edirlər. İstəyirik ki, baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məhz biz futbolçularla çempion olaraq, uğura imza ataq. Axı tarixdə yalnız uğurlar qalır. Futbolda belə hallar çox olur, əvvələr klubun şərəfini qoruyan futbolçu, sonradan həmin komandanın baş məşqçisi olur. Belə olan təqdirdə, təbii ki, həmin məşqçi öz doğma klubunun uğur qazanması üçün daha çox ürəklə çalışır".