Yadplanetli Mayk Taysonun döyüşünü izləyib

20 May 2016 05:24 (UTC+04:00)

Məşhur boksçu Mayk Taysonun 1995-ci il Nevada ştatında keçirdiyi döyüşdən yayılan görüntü mediada geniş müzakirələrə səbəb olub. Görüntüdə ön sıralarda əyləşən tamaşaçılardan biri döyüşü o dövrdə hələ istifadə edilməyən, günümüzün ən müasir telefonlarından biri ilə çəkir.

Deyilənlərə görə bu şəxs gələcək sivilizasiyadan gəlmiş insan, yaxud yüksək texnologiyalara sahib yadplanetlidir.