Seçkilərdə iştirak etmək istəyənlərdən 3 nəfər qeydə alınıb

19 May 2016 17:14 (UTC+04:00)

"14 nəfər 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək üçün müraciət edib". SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, onlardan 9-u aldığı imza vərəqələrini geri qaytarıb.

M.Pənahov deyib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək istəyənlərdən 3 nəfər qeydə alınıb.