Yanvarın 15-də \"Birlik kuboku\"nda ilk oyununa çıxacaq son ölkə çempionu Bakının \"İnter\" klubu komandanın sifariş vərəqəsində dəyişiklik edib. Siasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, gənc futbolçu Tofiq Mikayılovun yerinə heyətə Elnur Abdulovun adı daxil edilib.
Xatırladaq ki, \"Birlik kuboku\"nun açılış oyununda \"İnter\"in rəqibi Qırğızıstanın \"Neftçi\" klubu olacaq. \"Peterburqskiy\" idman kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.