Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbində Sankt-Peterburq Musiqi Liseyinin direktoru, fortepiano üzrə professor Vitaliy Romanovun iştirakı ilə ustad dərsi keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ustad dərsində Q.Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdi Nərgiz Əliyeva, T.Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Ayan Aslonava, Zərqələm Mehdiyeva və G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Həşim Həşimov, Məryəm Vəliyevanın pianoda ifaları dinlənilib.
Şagirdlərin çıxışlarını rəğbətlə qarşılayan Vitaliy Romanov onlara ustad tövsiyələri verib.
Qeyd edək ki, görüş 18-20 may tarixlərində Azərbaycan paytaxtında "Bakıda Sankt-Peterburq görüşləri" adlı silsilə mədəni-maarif aksiyaları çərçivəsində baş tutub.



