“Barselona” “Malaqa” ilə oyuna rekord qırmaq üçün çıxacaq
14 Yanvar 2011 09:21 (UTC+04:00)
İspaniya La Liqasında öz
liderliyini qoruyan "Barselona" qarşıdakı bazar günü "Malaqa" ilə
keçirəcəyi çempionat oyununda
məğlubiyyət acısı yaşamasa, katolon təmsilçisi
1973-1974-cü illərdəki 27 oyunluq
məğlubiyyətsizlik rekordunu qıracaq.
Siasport.az saytı xəbər verir ki, artıq "Barselona" futbolçuları bu
oyuna kökləniblər. Belə ki komandanın baş məşqçisi Xose Qvardiola da klubun
rəsmi saytına verdiyi açıqlamada bu oyuna kökləndiklərini və "Barselona"nın
adına yaraşan nəticəyə imza atacaqlarını vurğulayıb.