Baba Vəziroğludan maraqlı ETİRAFLAR

19 May 2016 10:48 (UTC+04:00)

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu maraqlı fikirlər söyləyib. SİA-nın verdiyi xəbərə görə, Baba müəllim xoşbəxtçilikdən söz açıb: "Hərənin öz xoşbəxtçilik resepti var. İnsana 50% xoşbəxtçilik lazımdırsa, 50%-də bədbəxt olmalıdır. Çünki hər kəs sınaqlardan keçməlidir. İnsan həyatın acılığını yaşamasa, xoşbəxtçiliyin nə olduğunu bilməz".