"Qarabağ" Antaliyada bu gün fiziki hazırlığa üstünlük veirb
13 Yanvar 2011 16:35 (UTC+04:00)
"Qarabağ" Antalyada hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, artıq günün ilk məşqi baş tutub. Antalyadakı 5-cü gündə komanda ilk dəfə trenajor zalında məşq edib. İlk öncə açıq havada isinmə hərəkətləri edən komanda ardınca fitnes salonunda müəyyənləşdirilmiş təmrinləri yerinə yetirməyə başlayıb. Təxminən 90 dəqiqə davam edən məşq beləcə başa çatıb.
Komandamızın 2-ci məşqi yerli vaxtla 17:00-da nəzərdə tutulub.