Bakıda Dünya Kubokunun mərhələ yarışları keçiriləcək

13 Yanvar 2011 16:02 (UTC+04:00)

Bakıda konkur üzrə Dünya Kubokunun mərhələ yarışları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarış Novxanı Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunacaq. Yanvarın 14-dən 16-dək davam edəcək yarışda Azərbaycan, Rusiya, Gürcüstan, Bolqarıstan komandaları iştirak edəcək. "Embawood" adlı turnirdə 25 atla 13 idmançı çıxış edəcək.