Telefonla bağlı problem aradan qaldırıldı RƏSMİ

18 May 2016 15:10 (UTC+04:00)

Bu gün günorta saatlarında "Aztelekom" MMC Beynəlxalq Stansiyasında yaranmış texniki nasazlıq mütəxəssislər tərəfindən aradan qaldırılıb. SİA-nın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, belə ki, kanallarda yaranmış problem bu saatlarda abunəçilər tərəfindən zəng etmə cəhdlərinin çox olması xətlərin yüklənməsinə səbəb olmuşdur.

Bu cür problemlərin gələcəkdə baş verməməsi üçün hazırda IP əsaslı multimedia platforması üzərində iki müasir beynəlxalq stansiya qurulur.

Ən son texniki imkanlara malik olan stansiyalar paralel işləməklə yanaşı, hər hansı problem yarandığı təqdirdə həmin stansiyalardan biri digərinin trafik yükünü tam şəkildə ödəyə biləcək.

Mövcud olan hazırki stansiya isə üçüncü stansiya kimi fəaliyyətini davam etdirəcək.